NATO-ya üzv 30 ölkənin dövlət və hökumət başçılarının Brüsseldə keçirilmiş zirvə görüşünün yekun bəyannaməsi qəbul edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyannamədə alyansa üzv ölkələr hərbi xərcləri artırmaq öhdəliyi götürüblər.
Zirvə görüşündə növbəti görüşün 2022-ci ildə İspaniyada keçirilməsi təsdiq olunub.