NATO rəsmisi: "Alyans 15 ildir Rusiya ilə qarşıdurmaya hazırlaşır"

NATO rəsmisi: "Alyans 15 ildir Rusiya ilə qarşıdurmaya hazırlaşır" “Alyans getdikcə aqressivləşən Rusiya ilə qarşı-qarşıya gəlməyə hazırdır”.
Digər ölkələr
3 Oktyabr , 2023 16:40
NATO rəsmisi: Alyans 15 ildir Rusiya ilə qarşıdurmaya hazırlaşır

“NATO getdikcə aqressivləşən Rusiya ilə qarşı-qarşıya gəlməyə hazırdır. NATO Rusiya ilə qarşıdurmaya əvvəldən hazırlaşır - Ukraynada müharibə başlamasından 14 il əvvəl".

“Report” xəbər verir ki, bunu Alyansın Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

“Bizim Rusiyaya qarşı hərbi planlarımız 4,5 min səhifəyə çatır”, - o bildirib.

R.Bauer, həmçinin, 2008-ci ildə baş vermiş Rusiya - Gürcüstan müharibəsini, 2014-cü ildəki Rusiya - Ukrayna müharibəsini xatırladıb: “15 ildən artıq NATO ilə Rusiya arasında tərəfdaşlıq olub. Sonra isə hər şey dəyişib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevral ayında başlayıb.

Son xəbərlər

Orphus sistemi