NATO-nun C-17 təyyarəsi Avstriyanın hava məkanını pozub.
"Report" xəbər verir ki, bu barədə Avstriyanın APA agentliyi Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Avstriyanın hava məkanı ildə orta hesabla 30-50 dəfə pozulur, lakin təyin olunmuş uçuş yüksəkliyindən belə bir pozulma son 20 il ərzində baş verməyib.
Pilotun təyyarəni Avstriya üzərində aşağıdan idarəetməsinin səbəbi hələ bilinmir, lakin rəsmi hadisənin diplomatik qalmaqala səbəb olacağı güman edilir.