NATO Ukrayna üçün hava hücumundan müdafiə sistemini hazırlamaq niyyətindədir

NATO Ukrayna üçün hava hücumundan müdafiə sistemini hazırlamaq niyyətindədir NATO Ukrayna üçün inteqrasiya olunmuş hava hücumundan və raket əleyhinə müdafiə sistemini hazırlamaq niyyətindədir.
Digər ölkələr
12 İyul , 2024 03:41
NATO Ukrayna üçün hava hücumundan müdafiə sistemini hazırlamaq niyyətindədir

NATO Ukrayna üçün inteqrasiya olunmuş hava hücumundan və raket əleyhinə müdafiə sistemini hazırlamaq niyyətindədir.

"Report" xarici KİV-ə xəbər verir ki, bu barədə alyansın Vaşinqtonda keçirilən sammiti çərçivəsində Ukrayna-NATO Şurasının ən yüksək səviyyədə iclasının yekunlarına dair bəyanatda deyilir.

Qeyd edək ki, NATO-nun 21 üzv ölkəsi Ukraynaya dəstək üçün təşəbbüslər paketi qəbul edib.

NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində qəbul olunan “Ukrayna müqaviləsi” adlı sənədə əsasən, tərəflər bu müqavilə vasitəsilə Ukraynanın öz azadlığını, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü uğurlu müdafiəsini və gələcək təcavüzün qarşısını alması üçün davamlı niyyət və öhdəliklərini bəyan edirlər.

Son xəbərlər

Orphus sistemi