Nensi Pelosi Tayvandadır

Nensi Pelosi Tayvandadır Tayvanın paytaxtı Taybeyin hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qarşılama mərasimi keçirilib.
Digər ölkələr
2 Avqust , 2022 18:52
Nensi Pelosi Tayvandadır

Tayvanın paytaxtı Taybeyin Sunşan hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qarşılama mərasimi keçirilib.

“Report” xəbər verir ki, 82 yaşlı siyasətçini Tayvan rəsmiləri qarşılayıb.

18:43

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeydə enib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onun təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar müşahidə edib.

Nensi Pelosini hava limanında Tayvan rəsmiləri qarşılayır.

18:33

Çin Hərbi Hava Qüvvələri Tayvan istiqamətinə Su-35 qırıcıları göndərib.

“Report” CGTN-yə istinadən xəbər verir ki, qırıcılar Tayvan boğazı istiqamətində hərəkət edir.

18:23

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil olub.

“Report” “Flight Radar 24” resursuna istinadə xəbər verir ki, siyasətçinin təyyarəsinin Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.

Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Son xəbərlər

Orphus sistemi