Nepalda torpaq sürüşməsi nəticəsində azı 65 nəfər itkin düşüb

Nepalda torpaq sürüşməsi nəticəsində azı 65 nəfər itkin düşüb Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 65 nəfər itkin düşüb.
Digər ölkələr
12 İyul , 2024 08:57
Nepalda torpaq sürüşməsi nəticəsində azı 65 nəfər itkin düşüb

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 65 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Katmanduya gedən avtobusda 24 nəfər, digər Katmandu-Gaur avtobusunda isə 41 nəfər olub. Qəza zamanı 3 sərnişin avtomobildən çıxa bilib.

Hadisə baş verən yolun bir hissəsi sürüşmə səbəbindən bağlanıb.

Son xəbərlər

Orphus sistemi