“HƏMAS-a qalib gəlmək üçün bütün İsrail həmrəy olub”.
“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsraildə səfərdə olan ABŞ Prezidenti Cozef Baydenlə birgə bəyanatla çıxışında deyib.
O bildirib ki, İsrail regiona sülhün gəlməsi üçün əlindən gələni edəcək: “Bu məsələdə qətiyyətliyik. İsrailin ABŞ-dən yaxşı dostu yoxdur. ABŞ-nin qətiyyəti bizim üçün çox vacibdir”.