İsrailin baş naziri Binyamin Netanyahu ölkə vətəndaşlarına müraciətində bildirib ki, HƏMAS hərəkatının və “İslam cihadı”nın tərəfdarları öz hərəkətlərinə görə üçün yüksək bədəl ödəyəcəklər.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
"Biz təhlükəsizlik qüvvələrinin nümayəndələrinin iştirakı ilə vəziyyətin qiymətləndirilməsi ilə bağlı müşavirə keçirdik. Qərara gəldik ki, HƏMAS və "İslam cihadı" İsrailə qarşı öz hərəkətlərinə görə yüksək bədəl ödəyəcəklər. Mən bu gün sizə deyirəm — onlar bunu öz həyatları ilə ödəyəcəklər. Biz mənfur düşmənə qarşı birik", - Netanyahu deyib.
Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı "İzzəddin al-KassaBim briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.
Eyni zamanda “Ynet” xəbər portalı da Təl-Əviv yaxınlığındakı Rişon-le-Sion şəhərinə raket zərbəsi nəticəsində 1 qadının həlak olması barədə məlumat yayıb.