İsrail girovları azad etmək üçün Fələstinin radikal HƏMAS hərəkatı ilə razılığa gəlsə, Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatı təxirə salacaq.
"Report"un məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu CBS telekanalının efirində deyib.
Razılığa gəlsək, əməliyyat bir qədər yubanacaq”, - o bildirib. Buna baxmayaraq, Netanyahu əməliyyatın istənilən halda baş tutacağını vurğulayıb. "Ancaq bu baş verəcək. Razılığa gələ bilməsək, onsuz da bunu edəcəyik", - o deyib.
Baş nazir əlavə edib ki, o, anklavın cənubunda əməliyyatların başlanmasından bir neçə həftə ərzində münaqişədə qələbə gözləyir. “Biz Rəfahdə əməliyyata başlayanda döyüş əməliyyatlarının intensiv mərhələsinin bitməsinə həftələr, hətta aylar deyil, həftələr qalacaq. Tam qələbə bizim məqsədimizdir və o, əlçatandır. Əməliyyatın başlamasından aylar sonra yox, yalnız həftələr sonra", - Baş nazir vurğulayıb.