Niderlandın dördüncü nəsil F-35 qırıcılarından ibarət qrup Baltikyanı ölkələr üzərində hava patrulları aparmaq üçün Estoniyadakı Emari aviabazasına gəlib.
“Report”un məlumatına görə, bu barədə Niderlandın Müdafiə Nazirliyi xəbər yayıb.
NATO-nun rotasiyası çərçivəsində onlar 2025-ci il martın 31-dək patrul missiyalarını yerinə yetirəcəklər.
İlin əvvəlində NATO qırıcıları uçuş-enmə zolağının modernləşdirilməsi ilə əlaqədar Emari aviabazasını tərk ediblər.
Təyyarələr müvəqqəti olaraq Latviyadakı Lielvard aviabazasına köçürülmüşdü.