Nigerdə leysan yağışlar nəticəsində 50-dən çox insan ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nigerin mülki müdafiə xidmətinin rəisi, polkovnik Bako Boubakar məlumat verib.
"Avqustun 12-nə olan məlumata görə, 55 nəfər öldürülüb, 53 mindən çox insanın yaşadığı 6 mindən artıq yaşayış evi dağılıb", - B.Boubakar deyib.
Qeyd edək ki, ötən həftə yağan güclü yağışlar paytaxt Niamey şəhərinin məhəllələrinə ciddi ziyan vurub.
Bununla yanaşı, ölkənin şimal-şərqindəki Bauçi əyalətində 1 500 ev dağılıb.