Nigerin Seçki Komissiyasına məxsus avtomobil ölkənin cənub-qərb hissəsində minaya düşərək partlayıb.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Reuters” agentliyi bildirib.
Məlumata görə, partlayış nəticəsində yeddi nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.
Hadisənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, bu gün Nigerdə prezident seçkilərinin ikinci turunun səsvermələri keçirilir.