Nigerdə “Boko Haram" terrorçuları ilə atışma zamanı dörd hərbçi həlak olub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Orduda bildirilib ki, döyüşçülər ağır silahlardan istifadə ilə ölkənin cənub-şərqində Diffa regionunda hərbçilərin postuna hücum ediblər. Atışma zamanı daha üç hərbçi yaralanıb.
"Boko Haram" 2000-ci illərin əvvəllərindən bir sıra ölkələrdə fəaliyyət göstərir. 2009-cu ildən 20 mindən çox insan terror təşkilatının qurbanı olub. Qruplaşma həmçinin 2015-ci ildən qonşu Kameruna, Çada və Nigeriyaya hücumlar təşkil edir.
Çad gölü ərazisində azı iki min insan terrorçuların qurbanı olub.