Fransa Afrika ölkəsində yerləşdirilmiş hərbi kontingentini cəlb etməklə Nigerdə sabitliyi pozmaq planını həyata keçirməyə hazırlaşır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu dövlət çevrilişindən sonra Niameydə yaradılmış Vətəni Xilasetmə Milli Şurasının rəsmi nümayəndəsi polkovnik Amadu Abdraman bildirib.
"Nigerdə yerləşdirilən Fransa hərbi kontingenti Milli Şuranı gözdən salmaq üçün ölkədə sabitliyi pozmaq planını işə salmağa çalışır", - Abdraman deyib.
O vurğulayıb ki, bunun fonunda müdafiə və təhlükəsizlik qüvvələrinə əhalinin səfərbər edilməsi barədə göstəriş verilib.