Nigeriya Hərbi Hava Qüvvələri ölkənin cənubunda qanunsuz fəaliyyət göstərən bir neçə gizli neft emalı zavodunu dəqiq zərbələrlə məhv edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Edvard Qabkvet məlumat verib.
Onun sözlərinə görə, əməliyyat avqustun 27-də Niger çayının deltasında keçirilib.
“Aviazərbə ilə, həmçinin, oğurlanmış nefti daşıyan gəmi məhv edilib”, - E.Qabkvet vurğulayıb.
Mümkün itkilər barədə məlumat verilmir.