Nigeriya ordusu Borno ştatında "Boko Haram" qruplaşmasının azı 40 terrorçusunu zərərsizləşdirib.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə yüksək vəzifəli hərbçi yerli KİV-ə bildirib.
Qeyd edilir ki, hava zərbəsi döyüşçülərin Konduqa rayonunda görüşü zamanı endirilib.
"Boko Haram" 2000-ci illərin əvvəllərində yaradılıb. 2009-cu ildən etibarən 20 mindən çox insan ekstremist təşkilatın qurbanı olub.
Qruplaşma 2015-ci ildən Kameruna, Çada və Nigerə hücumlar təşkil edir. Çad gölü ərazisində azı iki min nəfər terrorçuların qurbanı olub.
"Boko Haram"ın terror aktlarına və toqquşmalarına görə yüz minlərlə insan öz evini tərk edib.