Nigeriyada 12 milyondan çox uşaq silahlılar tərəfindən qaçırılmaq qorxusundan məktəbə getmir.
"Report" "Punch" qəzetinə istinadən xəbər verir ki, bunu Nigeriya prezidenti Məhəmməd Buxari deyib.
"Hazırda 12 milyondan çox uşaq, xüsusən də qızlar travma alıb və məktəbə getməkdən qorxur. İnsan oğurluğu, silahlıların fəallığının artması, sosial obyektlərə artan hücumlar vəziyyəti daha da gərginləşdirib", - Buxari bildirib.
O, qeyd edib ki, oğurluğa məruz qalan, sinif yoldaşları və ya müəllimləri oğurlanan məktəblilərin psixikası zədələnir, nəticədə onlar dərslərinə daha az diqqət yetirir, təhsil müəssisələrinə az gedirlər.
Son bir neçə ildə Nigeriyada pul müqabilində məktəblilərin kütləvi oğurlanması davam edir. Dekabrdan indiyədək ölkədə 1 000-dən çox şagird qaçırılıb.