Nigeriyada 21 mərtəbəli bina çöküb, ölənlər var

Nigeriyada 21 mərtəbəli bina çöküb, ölənlər var Nigeriyanın ən böyük şəhəri Laqosun İkoye rayonunda 21 mərtəbəli bina uçub.
Digər ölkələr
1 Noyabr , 2021 23:46
Nigeriyada 21 mərtəbəli bina çöküb, ölənlər var

Nigeriyanın ən böyük şəhəri Laqosun İkoye rayonunda bazar ertəsi 21 mərtəbəli binanın uçması nəticəsində azı 7 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli “PM News xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, xilasedicilər artıq 7 meyiti dağıntılar altından çıxarıblar. Nəşr qeyd edib ki, dağılmış tikililərin altında azı 50 nəfər qala bilər.

Hələlik tikinti mərhələsində olan binanın dağıntıları altından sağ qalanlar çıxarılmayıb. Bundan əvvəl xilasedicilər hadisə yerinə yaxın olan bir neçə nəfəri təxliyə ediblər. Onların bəziləri ağır xəsarətlər alıb.

Qeyd edilir ki, hazırda şəhər polisinin rəhbəri hadisə yerindədir. Ərazidə xilasetmə qrupları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları işləyir.

22:31

Nigeriyanın ən böyük şəhəri Laqosun İkoye rayonunda 21 mərtəbəli bina uçub.

"Report" xəbər verir ki, bu barədə yerli "Punch" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, bina tikinti mərhələsində olub.

Öz növbəsində Nigeriyanın “Premium Times” qəzeti bina sahibi də daxil olmaqla 50-dən çox insanın dağıntılar altında qala biləcəyini yazıb. Onların hansı vəziyyətdə olduğu və tikililərin uçması zamanı nə dərəcədə zədələndiyi hələlik məlum deyil.

“Nation” qəzeti artıq dörd nəfərin dağıntılar altından çıxarıldığını yazıb. Qəzetin məlumatına görə, onlardan ikisinin vəziyyəti ağırdır, digər ikisi yüngül xəsarət alıb.

Ərazidə xilasetmə xidmətlərinin briqadaları işləyir.

Son xəbərlər

Orphus sistemi