Nigeriyanın ən böyük şəhəri Laqosda 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Farinloye agentliyə bildirib ki, dağntılar altından 9 nəfər sağ-salamat çıxarılıb.
Noyabrın 1-də Laqosun dəbdəbəli İkoye rayonunda tikilməkdə olan 21 mərtəbəli bina uçub. Bundan əvvəl xilasedicilər hadisə yerinə yaxın olan bir neçə nəfəri təxliyə ediblər. Onların bəziləri ağır xəsarətlər alıb.