Nigeriyada silsilə daşqınlar 321 nəfərin ölümü ilə nəticələnib. Ümumilikdə təbii fəlakət 217 yaşayış məntəqəsini əhatə edib.
“Report”un məlumatına görə, bu barədə “Daily Trust” qəzeti Milli İqtisadiyyat Şurasına istinadən məlumat yayıb.
Daşqınlar həm də dövlət, həm də şəxsi əmlaka ziyan vurub. Belə ki, 280 mindən çox yaşayış binası və 258 min hektar sahədə əkin sahələri məhv olub.
2024-cü ildə təbii fəlakət təkcə ölkənin adətən güclü yağış yağan cənubunu deyil, həm də quraq və səhra şimalına təsir edib. Səlahiyyətli şəxslər gələcəkdə daşqınların belə ağır nəticələrinin qarşısını almaq üçün Nigeriyanın çaylarının, göllərinin və digər su obyektlərinin inventarlaşdırılması barədə göstəriş veriblər.
Yağışlı mövsümün başa çatması Qərbi Afrikanın bir çox ölkəsində görünməmiş daşqınlarla nəticələnib. Nigeriya, Çad, Mali, Qvineya, Niger, Kamerun, Qana və Liberiyada 4 milyondan çox insan təsirlənib.