Nigeriyanın cənub-şərqində yanacaq daşıyan avtomobilin partlaması nəticəsində onlarla insan ölüb, 100-dən çox ev yanıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Nigeriyanın "Vanguard" qəzeti məlumat verib.
Qeyd olunub ki, Benue əyalətinin Oşiqbudu şəhərində yanacaq daşıyan avtomobil aşıb. Nəticədə benzin küçəyə dağılıb. Daha sonra partlayış baş verib.
Partlayışdan sonra meydana gələn yanğın evlərə keçib.
Qəza yerində xilasedicilər işləyir. Ölənlərin dəqiq sayı yalnız yanmış evlərin kəşfiyyatından sonra məlum olacaq.