Nigeriyada Lassa qızdırması son 1 ildə 102 nəfərin həyatına son qoyub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, epidemiya ölkənin 28 bölgəsini əhatə edib. Afrika ölkəsində bu günə qədər xəstəliyə 674 yoluxma halı müəyyən edilib.
Alimlər bildirilər ki, Lassa qızdırması heyvandan insana keçir, xəstəlik ölümcül ola bilər.