Nigeriyada Lassa qızdırması yanvarın 3-dən bu günə kimi azı 32 nəfərin həyatına son qoyub.
“Report” xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb. Məlumata görə, son iki gündə qızdırmadan daha 6 ölüm faktı qeydə alınıb.
Paytaxt Abuja da daxil olmaqla 11 ştatda 170 hal qeydə alınıb.
2021-ci ildə Nigeriyada ümumilikdə 674 təhlükəli xəstəlik aşkarlanıb, onlardan 102-si ölümlə nəticələnib.
Xatırladaq ki, Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.
Xəstəliyin yayılması səbəbindən hökumət ötən il ölkədə fövqəladə vəziyyət elan edib.
Lassa qızdırması siçovulların və siçanlarla təmas yolu ilə insana keçir. Bu təhlükəli xəstəlik insandan insana keçmək qabiliyyətinə malikdir və ölümlə nəticələnə bilər.
Ölkə rəhbərliyi əhalini ehtiyatlı olmağa, gigiyena standartlarına əməl etməyə və gəmiricilərlə təmasdan qaçmağa çağırıb.