Nigeriyanın Borno əyalətində terror aktı törədilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbə "Anadolu" agentliyinə bildirib.
Məlumata görə, terror aktını kamikadze qız Konduqa rayonunda törədib. Hadisə nəticəsində üç nəfər həlak olub, daha altı nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib. Ancaq hadisənin "Boko-Haram" terrorçuları tərəfindən törədildiyi güman edilir.