Nigeriyanın Kaduna ştatında naməlum silahlı dəstələrin hücumları nəticəsində bir gecədə 68 sakin öldürülüb.
“Report” "Daily Post"a istinadən xəbər verir ki, hadisələr zamanı 63 ev yandırılıb, 68 ha əkin sahəsi məhv edilib.
Ştat rəhbərliyi tərəfindən ölənlərin ailələrinə başsağlığı verilib, zərərçəkənlərə dəstək tədbirləri barədə göstəriş verilib.