Nigeriyada quldurlar tələbələri qətlə yetiriblər

Nigeriyada quldurlar tələbələri qətlə yetiriblər Nigeriyanın şimalında quldurlar girov saxladıqları üç tələbəni edam ediblər
Digər ölkələr
24 Aprel , 2021 03:49
Nigeriyada quldurlar tələbələri qətlə yetiriblər

Nigeriyanın şimalında quldurlar girov saxladıqları üç tələbəni edam ediblər.

“Report” xəbər verir ki, bu barədə “Agency France Presse” Nigeriyanın təhlükəsizlik və daxili işlər naziri Kadun Semuel Aruvana istinadən bildirib.

"Amansız cinayət törədilib, quldurlar üç girovu edam etdilər", - o qeyd edib.

Nazirin sözlərinə görə, hadisənin baş verdiyi kənd özəl Qrinfild universitetinə yaxındır.

Silahlı quldurlar təhsil müəssisəsinə bir neçə gün əvvəl hücum ediblər. Yerli KİV-in məlumatına görə, onlar 23 tələbəni girov götürüblər. Girovların arasında 17 qız və 6 oğlan olub. Quldurlar tələbələrin qohumlarından külli miqdarda pul tələb ediblər. Cinayətkarlar təkliflərinin rədd edildiyi halda fiziki cəza ilə hədələyiblər.

Son xəbərlər

Orphus sistemi