Nigeriyada silahlı şəxslər 20 tələbəni qaçırıb

Nigeriyada silahlı şəxslər 20 tələbəni qaçırıb Nigeriyanın cənub-şərqində azı 20 tibb tələbəsi silahlı şəxslər tərəfindən qaçırılıb.
Digər ölkələr
16 Avqust , 2024 22:26
Nigeriyada silahlı şəxslər 20 tələbəni qaçırıb

Nigeriyanın cənub-şərqində azı 20 tibb tələbəsi silahlı şəxslər tərəfindən qaçırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Benue ştatının polis nümayəndəsi Ketrin Anen məlumat verib.

“Bir qrup tələbə qaçırılıb, istintaq gedir”, - “Punch” qəzeti onun sözlərindən sitat gətirib.

İki universitetin tələbələri Katolik Tibb Tələbələri Federasiyasının illik konfransına gedərkən naməlum silahlı şəxslər tərəfindən yolda saxlanılıb və qaçırılıb.

Qəzet qeyd edir ki, hələlik onların azad edilməsi üçün heç bir pul tələbi olmayıb. Səlahiyyətlilər tələbələrin qaçırılmasına görə kimin məsuliyyət daşıdığını müəyyən etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi