Mal-qara oğurluğu ilə məşğul olan quldurlar Nigeriyanın şimal-qərbində Zamfara ştatının 6 kəndində 53 dinc sakini öldürüblər.
“Report” yerli “Vanguard” qəzetinə istinadən xəbər verir ki, bu barədə ştat polisinin nümayəndəsi Məhəmməd Şexu bildirib.
"Ötən cümə axşamı və cümə günü ərzində Zurmi ərazisində 6 kənd cinayətkar dəstənin hücumlarına məruz qalıb, 53 fermer öldürülüb”, - o bildirib.
Zurmiyə əlavə polis qüvvələri göndərilib.
Şexunun sözlərinə görə, motosikllərdə hərəkət edən quldurlar mal-qara oğurluğu ilə məşğul olurlar.
Nigeriyada artıq ikinci ildir dinc sakinlərə silahlı hücumlarının sayının artımı müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul müqabilində girov götürür, mal-qara oğurlayır.