Venesuela Prezidenti Nikolas Maduro COVID-19 əleyhinə peyvənd istehsal edən ölkələrlə hesablaşma üçün neft tədarükündən istifadəni təsdiqləyib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə VTV telekanalı məlumat verib.
“Bu gün peyvənd qarşılığında neft tədarükünü təsdiqlədim. Venesuelanın neft tankerləri, neft alan müştəriləri var və biz istehsal olunan neftin bir hissəsini lazımlı peyvəndləri almaq üçün göndərə bilərik. Amma heç kimdən nəsə xahiş etməyəcəyik”, - o çıxışında deyib.
Maduronun sözlərinə görə, Venesuela beynəlxalq COVAX mexanizmi çərçivəsində əldə ediləcək peyvəndlərin haqqının ödənilməsi üçün həm də sanksiyalar yolu ilə digər ölkələrdəki dövlət hesablarında dondurulmuş vəsaitlərin qaytarılması üçün hüquqi və məhkəmə tədbirləri görür.