Fransanın Nitsa şəhərində bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində bir nəfər ölüb, bir neçəsi yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Hadisə səhər saatlarında Notr Dam kilsəsi yaxınlığında baş verib.
Nitsa meri Kristian Estrozi tvitter səhifəsində hücum edən şəxsin saxlanıldığını yazıb və operativ hərəkətləri üçün polis əməkdaşlarına minnətdarlığını bildirib.
Fransanın daxili işlər naziri Jerald Darmanen hadisə ilə əlaqədar olaraq DİN-də böhran qərargahı yaradıldığını bildirib.