Novavax Avropaya peyvənd göndərmək istəmir

Novavax Avropaya peyvənd göndərmək istəmir Novavax şirkəti peyvəndin Avropaya tədarükü ilə bağlı müqaviləni imzalamır
Digər ölkələr
25 Mart , 2021 22:19
Novavax Avropaya peyvənd göndərmək istəmir

Amerikanın Novavax şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Reuters Aİ-dəki mənbəyə istinadən məlumat verib.

“Müqavilənin imzalanması prosesi ləngidilir. Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir”-mənbə deyib.

Öz növbəsində Novavax şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi