ABŞ hökuməti Rusiyanın Ukrayna ətrafında vəziyyəti deeskalasiya edəcəyini gözləyir və rəsmi Moskva ilə Rusiya-NATO formatında, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) formatında məsləhətləşmələrə açıqdır.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan edib.
“Söhbət müstəqil dövlətin - Ukraynanın suverenliyindən və ərazi bütövlüyündən gedir. Söhbət NATO-nun öz qərarlarını vermək hüququndan, Avropa təhlükəsizliyinin daha geniş arxitekturasından gedir.
Daha geniş mənada, söhbət beynəlxalq sistemdəki əsas davranış qaydalarından gedir ki, bir ölkə sərhədləri başqa bir qüvvə tərəfindən dəyişdirilə bilməz, bir ölkənin öz seçiminə və xarici siyasətlə bağlı qərarlarına digəri diktə edə bilməz”, - Viktoriya Nuland bildirib.