ABŞ-ın Nümayəndələr Palatası federal hökumətin 18 dekabr tarixinə qədər müvəqqəti maliyyələşdirilməsinə dair qanun layihəsini təsdiq edib.
“Report” xəbər verir ki, iclas qanunverici orqanın aşağı palatasının veb saytında yayımlanıb.
Yaxın müddətdə qanun layihəsinə Senat tərəfindən baxılacağı gözlənilir.
Bundan sonra, sənəd imzalanması üçün prezident Donald Trampa təqdim ediləcək.
Dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsinə dair əvvəlki qərar 11 dekabrda başa çatır.