Nyu-Dehlidə nəqliyyat işçiləri tətil edirlər

Nyu-Dehlidə nəqliyyat işçiləri tətil edirlər Hindistanın paytaxtı Nyu-Dehli şəhərində taksi, mikroavtobus və avtorikşa sürücülərinin həmkarlar ittifaqları sıxılmış təbii qaz (CNG ) qiymətlərinin artmasına etiraz olaraq tətil keçirir. Tətil iştirakçıları yanacaq qiymətlərinin artması səbəbindən daşım
Digər ölkələr
18 Aprel , 2022 12:48
Nyu-Dehlidə nəqliyyat işçiləri tətil edirlər

Hindistanın paytaxtı Nyu-Dehli şəhərində taksi, mikroavtobus və avtorikşa sürücülərinin həmkarlar ittifaqları sıxılmış təbii qaz (CNG ) qiymətlərinin artmasına etiraz olaraq tətil keçirir. Tətil iştirakçıları yanacaq qiymətlərinin artması səbəbindən daşıma qiymətləri üçün müəyyən edilmiş tariflərə yenidən baxılmasını tələb edirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

Xatırladaq ki, son bir ildə Hindistanda CNG qiymətləri 60% artsa da, taksi tarifləri 2015-ci ildən sonra dəyişdirilməyib.

Mətbuatın məlumatına görə, Nyu-Dehlidə ictimai nəqliyyat sahəsində 80 mindən çox taksi, həmçinin 90 mindən çox mikroavtobus və atvorikşa qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi