Nyu-Yorkun bələdiyyə sədri Bill de Blazio şəhərdə və həndəvərində koronavirusa yoluxmanın xeyli artması ilə əlaqədar ölkə Prezidenti Cozef Baydendən kömək istəyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şəhər meri əhaliyə koronavirusa qarşı əlavə ev testləri, bir klon anticisimləri ilə müalicə almalarına imkan verilməsi üçün 1950-ci il Müdafiə İstehsalatı Qanununu tətbiq etməyə, habelə “Pfizer” şirkətinin dərmanının tətbiqinə icazə verilməsini tezləşdirməyə çağırıb.
Qeyd edək ki, ötən şənbə günü 5 mindən çox yoluxma qeydə alındığı Nyu-Yorkda qarşıdan gələn Milad bayramı ilə bağlı bəzi tədbirlər təxirə salınıb. Yeni ilin gəlişi ilə bağlı Tayms meydanında ənənəvi kütləvi şənliyin keçirilib -keçirilməməsi barədə bu həftə ərzində qərar veriləcək.