Nyu-Yorkun hüquq-mühafizə orqanlarının əməkdaşları metroda iki nəfərin ölümünə səbəb olan silahlı hücumlar törətmək ittihamı ilə 21 yaşlı kişini həbs edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Dermot Şi tvitterdə bildirib.
“Manhetten prokurorluğu 21 yaşlı Riqoberto Lopesi metronun A xəttindəki son cinayətlər və hücumlarla əlaqədar istintaq çərçivəsində ittiham edərək həbs edib”, - o yazıb.
Xatırladaq ki, Nyu-York metrosunda soyuq silahdan istifadə edilməklə ardıcıl hücumlar cümə günündən etibarən 14 saat ərzində davam edib. Polisin verdiyi məlumata görə, qurbanların hamısı evsiz olub.