Nyu-York şəhərində 11 sentyabr terror hücumlarında həlak olanların xatirəsini yad etmək üçün anım mərasimi keçirilir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, əsas matəm tədbirlərinin keçirildiyi Manhattan bölgəsinin cənubundakı abidə yaxınlığında geniş təhlükəsizlik tədbirləri görülüb, əraziyə əlavə polis qüvvələri cəlb edilib.
Tədbirdə ölənlərin adları elan olunacaq.
ABŞ Prezidenti Cozef Bayden mərasimdə iştirak etsə də, nitq söyləməyəcək.