Nyu-Yorkda cinayət hadisələrinin sayı artır

Nyu-Yorkda cinayət hadisələrinin sayı artır ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkda baş verən cinayət hadisələrinin sayında böyük artım qeydə alınıb.
Digər ölkələr
10 Fevral , 2022 08:55
Nyu-Yorkda cinayət hadisələrinin sayı artır

ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkda baş verən cinayət hadisələrinin sayında böyük artım qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Nyu-York Polis Departamenti (NYPD) məlumat yayıb. Məlumatda qeyd olunur ki, şəhərdə ötən həftə ərzində baş verən cinayət hadisələri 2021-ci ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Ən böyük sıçrayış isə avtomobil oğurluğu hadisələrində qeydə alınıb.

Statistikaya görə, avtomobil oğurluğunda ötən ilin eyni dövrü ilə müqayisədə 96 %-dən çox artım var. Həftə ərzində 255 avtomobil oğurlanıb ki, bu da ötən illn eyni dövrü ilə müqayisədə 116 %-dən çox artım deməkdir.

Bununla yanaşı, mülk və pul oğurluqlarında da ciddi artım müşahidə olunub və şəhərdə quldurluq hadisələri təxminən 35 % artıb.

Polis Nyu-Yorkda davam edən şaxtalı hava şəraitinin cinayətkarları əməllərindən uzaqlaşdıra bilmədiyini, hətta havalar istiləşdikcə cinayət hadisələrinin daha da arta biləcəyini düşünür.

İngilis versiyası Crime on rise in New York

Son xəbərlər

Orphus sistemi