ABŞ-ın Nyu-York ştatında koronavirusun yeni “Omikron” ştamına 5 yoluxma halı qeydə alınıb.
“Report” İnterfaks” a istinadən xəbər verir ki, bu barədə ştatın general-qubernatoru Keti Hokul tviter səhifəsində yazıb.
Xatırladaq ki, Nyu-York COVID-19-un yeni variantına yoluxmanın qeydə alındığı 4-cü ABŞ ştatı olub.
Daha əvvəl Kaliforniya, Minnesota və Kolorado ştatlarında “Omikron”a yoluxma halları qeydə alınıb.