İran və Oman ərazilərində azı doqquz nəfər tropik "Şahin" siklonunun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə “BBC News” bildirib.
Fırtına bu ərazilərə bazar günü çatıb. Küləyin sürəti 120-150 km/saata yüksəlib.
Omanın sahilboyu ərazilərindən minlərlə insan təxliyə edilib. Ölkə paytaxtının küçələri su altında qalıb. Tufandan əvvəlki daşqında üç nəfər, o cümlədən bir uşaq həlak olub. Ölkədə hava rabitəsi dayanıb.
İranın hakimiyyət orqanları isə bildirib ki, cənub-şərq əyaləti Sistan-Bəlucistanda 6 nəfər həlak olub. Rəsmi KİV-in məlumatına görə, siklon elektrik enerjisi təchizatının və yollara ziyan vurub.