Orbanın siyasi müşaviri: “Macarıstan xarici siyasətdə öz milli maraqlarından çıxış edir”

Orbanın siyasi müşaviri: “Macarıstan xarici siyasətdə öz milli maraqlarından çıxış edir” “Macarıstan xarici siyasətdə öz milli maraqlarından çıxış edir”.
Digər ölkələr
7 Dekabr , 2023 04:13
Orbanın siyasi müşaviri: “Macarıstan xarici siyasətdə öz milli maraqlarından çıxış edir”

“Macarıstan xarici siyasətdə öz milli maraqlarından çıxış edir”.

“Report”un məlumatına görə, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri və adaşı Balaz Orban Amerikanın Budapeştdəki səfiri Devid Pressmana belə cavab verib.

Orban feysbuk səhifəsində yazıb: “Pressmana cavab: istəsəniz də, istəməsəniz də, Macarıstanın xarici siyasətinin əsasını milli maraqlar təşkil edir”.

Qeyd edək ki, Amerikanın Budapeştdəki səfiri David Pressman Macarıstan hökumətini ittifaq üzvlərinin ondan uzaqlaşdığı bir vaxtda NATO müttəfiqlərinin maraqlarına məhəl qoymadığına və Rusiya ilə əlaqələri gücləndirdiyinə görə kəskin tənqid edib.

Bundan əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamas Mençer bildirib ki, ABŞ-ın Budapeştdəki səfiri özünü elə aparır ki, sanki Macarıstan Amerikanın ştatlarından biridir.

Son xəbərlər

Orphus sistemi