Çinin əhalisi 2023-cü ildə 2,08 milyon nəfər azalaraq 1,40967 milyard vətəndaşa düşüb.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (DSİ) məlumat yayıb.
Hesabatda göstərildiyi kimi, il ərzində müvafiq orqanlar ölkədə 9,02 milyon yeni doğulmuş körpəni qeydə alıb, 11,10 milyon insan isə ölüb. Doğum və ölüm nisbətləri müvafiq olaraq 6,39 və 7,87 promil olub.