Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, Əfqanıstanda BMT-nin rolunu gücləndirmək vacibdir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının iclasında onlayn çıxışı zamanı bildirib.
"Əminəm ki, Əfqanıstan məsələsində BMT-nin rolu gücləndirilməli və nüfuzu həmişəkindən daha çox olmalıdır", - Mirziyoyev əlavə edib.