"Türk Dövlətləri Təşkilatının baş katibinin gənclər məsələləri üzrə müavini vəzifəsinin təsis edilməsi yaxşı olardı".
“Report” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O, gələn il türk dünyası gənclərinin beynəlxalq elm və innovasiya konqresinin Özbəkistanda keçirilməsini təklif edib: "Konqres çərçivəsində innovasiya və təhsil nazirlərinin, ali məktəblərin rektorlarının və gənc liderlərin, istedadlı insanların və TDT-nin ağsaqqallarının hərtərəfli görüşlərinin təşkili nəzərdə tutulur. İşimizə sistemli çalar vermək və səmərəliliyi təmin etmək üçün təşkilatın baş katibinin gənclər məsələləri üzrə müavini vəzifəsinin təsis edilməsi yaxşı olardı".