Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlament tərəfindən qəbul edilmiş və vaksin vurulmamış əməkdaşların işdən azad olunmasına icazə verən qanunu imzalayıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın parlamentinin və hökumətinin rəsmi çap orqanı olan “Narodnoye slovo” qəzetində məlumat verilib.
Məlumata görə, işçi peyvənd olunmaqdan imtina edərsə işəgötürən onu işə buraxmamaq hüququna malikdir.