Pakistan-Əfqanıstan sərhədində partlayış olub, 2 əsgər ölüb

Pakistan-Əfqanıstan sərhədində partlayış olub, 2 əsgər ölüb Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində törədilən partlayış nəticəsində Pakistan ordusunun 2 əsgəri ölüb.
Digər ölkələr
8 Sentyabr , 2021 09:28
Pakistan-Əfqanıstan sərhədində partlayış olub, 2 əsgər ölüb

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində törədilən partlayış nəticəsində Pakistan ordusunun 2 əsgəri ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Pakistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə əyalətin Xeybər-Paxtunxva bölgəsinin Dossali rayonunda ərazinin minalardan təmizlənməsi zamanı baş verib.

Qeyd edək ki, ötən həftə Pakistanın Kvetta şəhərindəki nəzarət buraxılış məntəqəsinə hücum nəticəsində Pakistan ordusunun 4 sərhədçisi ölmüş, 18-i yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi