Pakistan-Əfqanıstan sərhədindən əsas marşrutun keçdiyi Torxam keçid məntəqəsi fəaliyyətini bərpa edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, iki istiqamətli yük maşınlarının hərəkəti başlayıb. Əfqanıstan vətəndaşları icazə aldıqdan və miqrasiya prosedurlarını tamamladıqdan sonra ölkələrinə qayıdırlar.
Qeyd edək ki, sentyabrın 6-da Pakistan sərhəd qoşunlarının hərbçiləri ilə Əfqanıstan hərbçiləri arasında Torxam keçid məntəqəsində silahlı toqquşma olub. Bu məntəqə iki dövlət arasında üç əsas ticarət, tranzit marşrutundan biridir. İkitərəfli razılaşmaya əsasən, keçid məntəqəsindən 100 metrlik zonada hər hansı tikinti işlərinin aparılması qadağandır.