Pakistan Əfqanıstanla sərhəddə əsas keçid məntəqəsini bağlayıb

Pakistan Əfqanıstanla sərhəddə əsas keçid məntəqəsini bağlayıb Pakistan hakimiyyəti Əfqanıstanla sərhəddə dənizə çıxışı olmayan əsas keçid məntəqəsini bağlayıb.
Digər ölkələr
6 Sentyabr , 2023 15:59
Pakistan Əfqanıstanla sərhəddə əsas keçid məntəqəsini bağlayıb

Pakistan hakimiyyəti Əfqanıstanla sərhəddə dənizə çıxışı olmayan əsas keçid məntəqəsini bağlayıb.

“Report” xəbər verir ki, məlumatı AP yayıb.

Bildirilib ki, buna səbəb kimi sentyabrın 6-da iki ölkə arasındakı sərhəddə baş verən atışma nəticəsində yaranmış gərginlik göstərilib.

Pakistanın Xeybər-Paxtunxva əyalətinin Torxam şəhərindəki yerli hakimiyyətin rəsmi nümayəndəsi Nəsrullah Xan bildirib ki, sərhəddəki atışmanın səbəbi və hadisə nəticəsində itkilərin sayı hələ məlum deyil. Onun sözlərinə görə, Pakistan hökuməti və hərbi məmurları gərginliyi azaltmaq üçün Əfqanıstandakı həmkarları ilə daim təmasdadırlar.

Qeyd edək ki, sentyabrın 6-da Pakistan sərhəd qoşunlarının hərbçiləri ilə Əfqanıstan hərbçiləri arasında Torxam keçid məntəqəsində silahlı toqquşma olub.

Bu məntəqə Pakistan və Əfqanıstan arasında üç əsas ticarət, tranzit marşrutundan biridir. Rəsmi İslamabad kommersiya mallarını Mərkəzi Asiyaya göndərmək üçün də bu keçid məntəqəsindən istifadə edir.

Son xəbərlər

Orphus sistemi