Pakistanın Nazirlər Kabineti hazırkı Milli Assambleyanın (parlamentin aşağı palatası) səlahiyyət müddəti başa çatdıqdan sonra avqustda istefa verəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
Pakistan parlamentinin aşağı palatasının səlahiyyət müddəti avqustun 12-də başa çatır.
“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək, bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, - Ş.Şərif əlavə edib.