Pakistanın şimalında yerləşən Xeybər-Paxtunxva əyalətində avtobusun partlaması nəticəsində 10 nəfər ölüb, 39 nəfər yaralanıb.
“Report” “Tolonews”a istinadən xəbər verir bu barədə əyalətin Hazara regionu administrasiyasının əməkdaşı bildirib.
Onun sözlərinə görə, içərisində 30-dan çox çinli mühəndislər olan avtobus Hazara rayonunun Yuxarı Kuhistan kəndində partlayıb. Partlayış nəticəsində ölənlərdən 4-ü Çin vətəndaşıdır.